Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dan" Beynəlmiləlçi Gənclər ictimai birliyi Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş " Əsrlərin Yaddaşı"adlı layihəsinin icrasını başa vurub. SİA-nın verdiyi məlumata görə, layihənin məqsədi Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir. Layihənin vəzifələri Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərimizə həssaslığının artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, Azərbaycanın milli mədəni dəyərlərinin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılması ilə bağlı tədbirin keçirməsidir.
Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlağayı, zinyət əşyaları, suvenir kuklaları və şirniyyatı arasında olan əlaqələr, onları incə tellərlə biri-birinə hörən bağlar təsvir ediləcək.
"Əsrlərin Yaddaşı" adlı promovideonun təqdimatı 4 iyun tarixində, saat 15.00-da İçərişəhər Memarlıq Qoruğu, Muğam Klubunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB