Yazıçı və şairlər “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində olublar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə reallaşdırılan "Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan" adlı layihə çərçivəsində ölkəmizə gələn türkdilli dövlətlərin yazıçı və şairləri "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində olublar. SİA-nın verdiyi məlumata görə, qonaqlar ictimai birliyin sədr müavini Həbib Misirov, filologiya elmləri doktorları Məhərrəm Qasımlı, Almaz Ülvi, Esmira Fuad, şairə Zərəngiz Qayalı və başqa ziyalılarla fikir mübadiləsi aparıblar.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, tədbirin əlaqələndiricisi Əfsanə Bayramqızı və başqaları ədəbiyyatı, əxlaqı, mənəviyyatı eyni olan türk xalqlarının müvafiq istiqamətlərdə əlaqələrini yüksək qiymətləndiriblər.
Makedoniyadan gəlmiş Türk Hərəkət Partiyasının və ölkə parlamentinin üzvü Enes İbrahim, Tatar Gəncləri Birliyinin üzvü Fanil Gilyazov, Kocaeli Yazarlar Birliyinin üzvü Alptekin Cevherli, Özbəkistan nümayəndəsi Oygül Suymənova və başqaları təmsil etdikləri təşkilatların türkdilli xalqların mədəniyyətinin inkişafına dəyərli töhfələr verəcəyini söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB