1-8 iyun tarixlərində Rusiya Federasiyasının Samara vilayətində MDB və Baltikyanı ölkələrin Beşinci Uşaq Musiqi Akademiyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istedadlı gənc musiqiçilər iştirak edir. SİA-nın verdiyi məlumata görə, SSRİ Xalq artisti Yuri Başmetin himayəsi altında keçirilən tədbirdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Zərrin Əliyeva (violin) və Orxan Hüseynov (violonçel), Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Xəyalə Cavadvend (fleyta) ölkəmizi təmsil edirlər.
Qeyd edək ki, tədbir müddətində görkəmli musiqiçilərlə görüşlər və ustad dərslərinin keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB