Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 4-cü iclası işə başlayıb. SİA-nın verdiyi məlumata görə, 3 gün davam edəcək iclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə ilk növbədə Rəhbər Komitənin sədri cənab Bruno Favel açılış nitqini səsləndirdi, sonra isə Avropa Şurasının Demokratiya üzrə Baş Direktoru xanım Snejana Samardjiç-Markoviç əməkdaşlıq və inkişaf sahəsində mədəniyyətin rolundan danışıb.
İclasın ilk iş günündə 2015-ci il üçün tədbirlər planı, Avropa Şurasının müvafiq sahələrdə konvensiyalarının icrası, eləcə də 2016-2017-ci illərə dair proqram və büdcənin hazırlanması nəzərdən keçirildi. Yeni "Kinematoqrafiya istehsalı üzrə Konvensiya"nın ilkin versiyası Avropa Şurası Nazirlər Komitəsinə tərəfindən təsdiqlənməsi üçün razılaşdırıldı.
İclasda həmçinin "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransının" 2014-cü ilin iyul ayında Bakıda təşkil olunmasına görə Azərbaycan Hökumətinə təşəkkür bildirildi və ikinci platforma görüşünün 2015-ci ilin 4-5 sentyabr aylarında ARS ELEKTRONİCA tərəfindən Avstriyanın Linz şəhərində təşkil olunacağı bildirilib.
İclasın ilk günündə Macarıstanın Baş Nazirinin Aparatı daxilində İrs şöbəsinin bölmə müdiri Katalin Csillag və Avropa Şurasında Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Basla görüşlər keçirildi və 2015-ci ilin 18-19 may tarixində Bakıda təşkil olunmuş 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumun nəticələri və mədəniyyət sahəsində əməkdaşlıq imkanları araşdırılıb.
Qeyd edək ki, 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə başlanmış Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesinin bir hissəsidir və hər iki ildən bir Azərbaycanda keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB