Mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

Bakı şəhəri:

1."Hilton Hotel Baku" mehmanxanası (5 ulduz).

Şamaxı rayonu:

2."Samaxı Palace Platinum by Rixos" mehmanxanası (5 ulduz).

Qəbələ rayonu:

3."Qafqaz Resort Hotel" mehmanxanası (5 ulduz),

4."Duyma" mehmanxanası (4 ulduz).

Mingəçevir şəhəri:

5."River Side"mehmanxanası (4 ulduz).

Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə