Zirə qəsəbə Mədəniyyət Mərkəzi və N.Yaqubov adına 120 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 28 May – Respublika günü ilə əlaqədar "Yaşa Azərbaycanım" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Respublikamızın Dövlət Himni ilə başlayıb.
Sonra 28 may - Respublika gününün yaranma tarixi haqqında məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoyub. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji sistemi ölkəmizi daha da gücləndirir və müasir Azərbaycanı daha uğurlu gələcəyə aparır.
Daha sonra tədbir uşaqların rəngarəng rəqsləri, şeirləri, mahnıları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB