"Təhsil alan Gənc Qənnadıçıların Respublika Festivalı” keçirilib FOTOLAR
20 iyul tarixində Şəki şəhərində II Beynəlxalq Ənənəvi Şirniyyat festivalı keçiriləcək. Bu festivala hazırlıq ərəfəsində 28 may Respublika günü ilə bağlı bu gün I Avropa oyunlarına həsr edilmiş "Təhsil alan Gənc Qənnadıçıların Respublika Festivalı" keçirilib. SİA-nın verdiyi məlumata görə, festivalın mövzusu I Avropa İdman oyunlarıdır. Festival Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Təhsil Nazirliyi və 12 saylı Bakı peşə liseyinin təşkilatçılığı ilə baş tutub.
Festivalda Şamil Nəcəfzadənin rejissorluğu, Tahir Əmiraslanovun elmi redaktorluğu ilə ssenarisi üzrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş "Azərbaycan mətbəxi. Dad sonrası dad" adlı film nümayiş olunaraq, "Azərbaycan mətbəxi" haqqında mühazirə oxundu.
AMKA-nın üzvi Hüseynova Aysel tərəfindən qənnadı məmulatlarının tərtibatı üzrə usta sinfi nümayiş olundu.
Festivala Bakıdakı "Ümid" və "Qızıldaş"uşaq evinin sakinləri də iştirak ediblər.
Festivalda iştirak edən təhsil müəssisələri :
1. Azərbaycan Dövlət İqtisad Universiteti
2. Bakı Turizm Peşə Məktəbi
3. 12 nömrəli Bakı Peşə Liseyi
4. 13 nömrəli Bakı Peşə Liseyi
5. 18 nömrəli Bakı Peşə Liseyi
6. Bakı Qida Sənayesi Kolleci






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB