Musiqi Məktəbinin 80 illik yubileyi

Musiqi Məktəbinin 80 illik yubileyi

Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin yaradılmasının 80 ili tamam olur. SİA-nın verdiyi məlumata görə, sözügedən tədris müəssisəsi 1935-ci ildə Bakı Dairəvi Zabitlər Evinin nəzdində fəaliyyətə başlayıb. 1987-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeliyinə keçmiş və G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi kimi fəaliyyətini davam etdiriob.

Hazırda məktəbdə 23 ixtisas üzrə 400-ə yaxın şagird təhsil alır, 100-dən çox müəllim çalışır. Məktəb gənc nəslin bədii-estetik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması və onların istedadının inkişaf etdirilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Məktəbin dörd şagirdi Prezident təqaüdçüsüdür.

80 illik yubileyi ilə əlaqədar Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuş və məktəbin bir qrup işçisi mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə