Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı "Nəsrəddin evlənir...?" tamaşasını təqdim edəcək. SİA-nın verdiyi məlumata görə, tamaşanın premyerası iyunun 6-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.
Tamaşanı qoca Şərqin ən varlı və ən kasıb adamı, türk dünyasının ortaq folklor qəhrəmanı, güldürən və düşündürən Molla Nəsrəddin lətifələrinin motivləri əsasında Xaqani Əliyev səhnələşdirib.
Tamaşada Molla Nəsrəddin ilk dəfə olaraq müasir teatr yozumunda və aktyor oyunu üslubunda, yəni 25-30 yaş arasında, özünün duzlu, məzəli, hikmətli, düşündürən lətifələri ilə təqdim olunacaq. Bu rolu gənc aktyor Elçin Hacıyev ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB