İcraiyyə Şurasının 100-cü iclası öz işinə başlayıb

İcraiyyə Şurasının 100-cü iclası öz işinə başlayıb

Xorvatiyanın Rovinj şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Açılış mərasimində iclasın sədri Yamaykanın turizm naziri, ev sahibi Xorvatiyanın turizm naziri, UNWTO-nun baş katibi Taleb Rifai, keçmiş baş katiblər, Turizm Etika Komitəsinin sədri çıxış ediblər. Açılış mərasimindən sonra tədbirin gündəliyi təsdiqləndi.

Səfər çərçivəsində mədəniyyət və turizm naziri UNWTO-nun baş katibi Taleb Rifai ilə ikitərəfli görüş keçirmiş və təşkilat ilə ölkəmiz arasında əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılmışdır. Nazir Əbülfəs Qarayev UNWTO–nun ölkəmizdə keçirilmiş Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.

Nəzərinizə çatdıraq ki, "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda 2 gün davam edəcək sessiya zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə