Azərbaycan və Argentina arasında saziş imzalanıb

Azərbaycan və Argentina arasında saziş imzalanıb

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclasında iştirak etmək üçün Xorvatiyada səfərdədir. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Argentinanın turizm naziri Enrique Meyer ilə görüşüb. Görüşdə Azərbaycan ilə Argentina arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Görüş zamanı Azərbaycan Respublikası və Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, 100-cü sessiya "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə