III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb

III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin "Saf rənglər" adlı III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb. SİA-nın verdiyi məlumata görə, festival Təhsil Nazirliyi və Akademiyanın birgə təşəbbüsü ilə keçirilir.

Festivalda 20-dək rəssamlıq studiyası, incəsənət məktəbləri ilə yanaşı, Fransa, Kuba, Koreya Respublikası, Çin, Belarus, Misir, Mərakeş, Türkiyə, Pakistan, Hindistan və bir çox ölkələrdən uşaqların 700-dək əl işi nümayiş olunur.

Qeyd edək ki, mayın 30-dək davam edəcək festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq əlil uşaqlara kömək məqsədilə əsərlərin satışı da həyata keçirilir. Festival müsabiqəyönümlü olduğundan fərqlənən uşaq və yeniyetmələr dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə