Respublika Günü qeyd ediləcək

Mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Respublika Gününə həsr edilən konsert olacaq. Filarmoniyadan SİA-ya verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçiriləcək konsertdə incəsənət ustaları və bədii qiraətçilər çıxış edəcəklər. Konsertdə üçrəngli bayrağımız və dövlətimizin müstəqilliyi haqqında mahnılar ifa ediləcək, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə