20 iyul 2015 tarixində Şəki şəhərində II Beynəlxalq Ənənəvi Şirniyyat festivalı keçirilir. SİA-nın verdiyi məlumata görə, bu festivala hazırlıq ərəfəsində 28 may Respublika günü ilə bağlı 29 mayda I Avropa oyunlarına həsr edilmiş təhsil alan gənc qənnadıçıların Respublika festivalı keçirilir. Festivalın mövzusu I Avropa İdman oyunlarıdır. Festival Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Təhsil Nazirliyinin 12 saylı Bakı peşə liseyinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, festival 29 may, saat 11:00-da 12 saylı Bakı peşə liseyində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB