Diplomat ATMU-da olub

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov Birləşmiş Ərəb Əmirliyinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini cənab Abdalla Qasım Əl Şəmsi ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, diplomat Abdalla Qasim Əl Şəmsini ali təhsil ocağında qəbul edən rektor Cəfər Cəfərov söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin inkişafını şərtləndirən amillər, o cümlədən tərəfdaş xarici ölkə ali məktəbləri ilə təhsil, təcrübə, müəllim mübadiləsi sahəsində bağlanmış müqavilələrin üstünlüklərindən bəhs edib.

Ali təhsil ocağında keçirilmiş görüş zamanı həmçinin Azərbaycan Respublikasında və Birləşmiş Ərəb Əmirliyində turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri konteksində ikitərəfli əməkdaşlıq məsələləri geniş müzakirə predmeti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə