“Firidun bəy Köçərli: biblioqrafiya” FOTOLAR

“Firidun bəy Köçərli: biblioqrafiya” FOTOLAR

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Firidun bəy Köçərli: biblioqrafiya" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumat görə, tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri və xidmətləri olan F.Köçərlini bir daha yad etmək və respublikamızın ədəbi-elmi ictimaiyyətini yazıçının ədəbi-bədii irsinə dair toplanmış bütün materillarla tanış etmək, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi ərəfəsində çap olunmuş kitabları təqdim etməklə kitabxana və onun fəaliyyəti haqqında bütün kitabsevərləri maarifləndirməkdir.

Təqdimat mərasimini Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq F.Köçərli yaradıcılığına qısa nəzər salıb. Sonra F.Köçərli haqqında sənədli film nümayiş olunub.

Giriş sözü Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənliyə verilib. Vaqif Bəhmənli çıxışında Köçərli yaradıcılığından geniş söhbət açmış, bu gün təqdimatı keçirilən biblioqrafik vəsaitin vacibliyini, zəruriliyini qeyd edib.

Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək F.Köçərlinin Azərbaycan ədəbiyyatında mövqeyindən danışıb.

Qeyd edək ki, təqdimatda F.Köçərli yaradıcılığına həsr olunmuş "Vətən, millət fədaisi" adlı kitab sərgisi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə