Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, görkəmli bəstəkar Oqtay Zülfüqarovun "Sehirli alma" baletinin premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan xalq nağılı "Məlikməmməd"in motivləri əsasında tamaşaya qoyulan bu balet uşaqlar üçün nəzərdə tutulub və tamaşanın premyerası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Qeyd edək ki, mayın 31-i həm də bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür.
Yeni tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB