Uşaqlarla bağlı müxtəlif tədbirlər keçiriləcək

Uşaqlarla bağlı müxtəlif tədbirlər keçiriləcək

İyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün 1950-ci il iyunun 1-də BMT Baş Məclisinin Beynəlxalq Qadınlar Konfransında qəbul edilmiş qərara əsasən təsis olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar müxtəlif tədbirlər təşkil edilir. SİA-nın verdiyi məlumata görə, paytaxtımızın 12 rayonunda uşaqlar üçün oyunlar, viktorinalar, konsert proqramları nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Ölkənin birinci xanımı, YUNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə