MTN-ə təşəkkürnamə

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ikinci Nazirlər Görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, "Dəyirmi masa" formatında təşkil olunan tədbirdə "2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf" mövzusunda müzakirələr aparılıb.

Tədbirdə "Brooklyn Baku" Dostluq Fondunun prezidenti xanım Marietta Yusim-Rozental tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Bruklin şəhəri ilə Bakı arasında mədəni əlaqələrin inkişafına verdiyi dəstəyə görə şəhər merinin xüsusi təşəkkürnaməsi təqdim edilib.

Toplantı forumda iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin mədəniyyət və davamlı inkişaf mövzusunda çıxışları ilə davam etdirilib.

Çıxışçılar öz ölkələrinin bu istiqamətdə tətbiq etdiyi təcrübəni bölüşüblər. Geniş fikir mübadiləsinin aparıldığı görüşün sonunda yekun hesabat qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə