“Azərbaycan mətbəxi: Dadsonrası dad”

“Azərbaycan mətbəxi: Dadsonrası dad”

22 may, saat 12:00-da Azərbaycan Dövlət Film Fondunda "Azərbaycan mətbəxi: Dadsonrası dad" sənədli filminin mətbuat nümayəndələri üçün nümayişi olacaq. SİA-nın verdiyi məlumata görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında çəkilib.

Həmçinin İtaliyanın Milan şəhərində keçiriləcək "Planeti Qidalandırmaq, Həyat üçün Enerji" mövzusunda "Milan Ekspo 2015" Ümumdünya Sərgisinin Azərbaycan pavilyonunda filmin nümayiş etdirilməsi nəzərdə tutulub.

Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.

Bu mənada, film dünyada Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının təbliği və xarici turistlər üçün ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə