Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva, üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Argentina Mədəniyyət Nazirliyinin yaradıcılıq və ictimai mədəniyyət məsələləri üzrə katib müavini Maria Elena Tronkoso Azərbaycan Dövlət Musiqili Teatrında olublar.
Teatrın mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib, yaradıcılıq mübadiləsi ilə bağlı təkliflər səsləndirilib. Tərəflər Azərbaycan və Argentina dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların qarşılıqlı qastrolu ilə bağlı məsələlərə toxunublar.
Vaxtilə aktrisa kimi bir sıra obrazları canlandırmış Maria Elena Tronkoso dünya standartlarının bütün tələblərinə cavab verən Musiqili Teatra valeh olduğunu bildirib. O deyib: "Bu möhtəşəm səhnə, bu bənzərsiz şərait məni yenidən aktrisa kimi fəaliyyət göstərməyə sövq edir. İnanın ki, dil baryeri olmasaydı, işləmək üçün sizin Musiqili Teatrı seçərdim. Azərbaycan sürətlə inkişaf edir, Bakı həddindən artıq müasir və gözəl şəhərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB