Nazir Xızı rayonunda vətəndaşları qəbul edəcək

Nazir Xızı rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Xızı rayonunda Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi) Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, qəbul may ayının 26-da saat 11.00-da olacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli-Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə