Əbülfəs Qarayev Nur ilə görüşüb

Əbülfəs Qarayev Nur ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Banqladeş Xalq Respublikasının mədəniyyət işləri naziri Asaduzzaman Nur ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söhbət açan mədəniyyət işləri naziri Asaduzzaman Nur, dəvətə görə dərin təşəkkürünü bildirmiş və gələcəkdə də belə tədbirlərdə iştirakının vacibliyini vurğulayıb.

Görüşdə iki ölkənin mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı, gələcəkdə Banqladeşdə Azərbaycanın əl sənətkarlığı və rəsm əsərləri sərgilərinin keçirilməsi təklifləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə