III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Macarıstanın mədəniyyət üzrə dövlət katibi Piter Hoppal bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında mövcud mədəni əlaqələr, bu sahədə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə olunub.
Ə. Qarayev bildirib ki, iki ölkə arasında birbaşa reyslərin açılması macar turistlərinin Azərbaycana axınını xeyli artırıb. Bu həm də azərbaycanlıların Macarıstana səfərlərini asanlaşdırıb. Mədəniyyət və turizm naziri əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və macar ədəbi nümunələrinin tərcüməsinin vacibliyini vurğulayıb.
Macarıstanın mədəniyyət üzrə dövlət katibi Piter Hoppal öz növbəsində tərcümə məsələlərinə xüsusi diqqət ayrılmasının vacibliyin söyləyib. Bu sahədə əməkdaşlığın genişləndirilməsi xalqlarımız arasında əlaqələrə müsbət təsir göstərəcək.
İki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələrin inkişafından söz açan qonaq hazırda 200 azərbaycanlı tələbənin Macarıstan ali məktəblərində təhsil aldığını söyləyib.
Piter Hoppal deyib ki, bu günlərdə Bakıda macar operası nümayiş etdirilib. Biz ölkəmizə məxsus mədəni nümunələrin Azərbaycanda təbliğinə xüsusi önəm veririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB