"Abdulla Şaiq adına Kukla Teatrı "Bakı 2015" İlk Avropa Oyunları zamanı mədəni səviyyəsini ən yaxşı formada, layiqincə təmsil etməyə səfərbər olub". Bunu SİA-ya açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova söyləyib. Bildirib ki, teatr Bakının mərkəzində yerləşdiyindən, turistlərin daha çox üz tutduqları məkan olduğundan ən yaxşı tamaşaları repertuara salınıb: "Artıq yarış günlərinin repertuarı müəyyən olunub, teatrımıza gələcək qonaqların ən yüksək formada qarşılanması, onların nümayiş olunacaq səhnə nümunələri ilə bağlı məlumatlanması üçün vasitələr hazırlanır. Teatrımızın repertuarındakı dünya, eləcə də klassik və müasir əsərlərimizin əsasında hazırlanmış tamaşalarla Kukla Teatrı olaraq oyunlar müddətində qonaqların və tamaşaçılarımızın xidmətində olacağıq. Digər teatrlarda rus və ingilis dillərində sinxron tərcümə üslubu tərtib edilməsinə baxmayaraq kukla teatrına bu şamil edilməyib. Bunun əvəzində isə bizdə rəngli bukletlər olacaq, hansı ki, onlarda tamaşalar, heyət haqqında rus və ingilis dilində məlumatlar qeyd ediləcək. Milli tamaşalardan "Tıq-tıq və Taq-taq, "Cırtdan", rus nağılı əsasında "Qoğal" və digər tamaşalar nümayiş olunacaq".
Qeyd edək ki, İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoyub. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilib. Müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.
Azərbaycan Dövlət Kukla Teatrının Azərbaycan dili və rus dili bölmələri var. İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulub: "Hacı Qara" (M.F.Axundov), "Zorən təbib" (J.B.Molyer), "Almas" (C.Cabbarlı), "Böyük İvan" (S.V.Obraztsov), "İsgəndər və Çoban (tamaşa)", "Cırtdan", "Nərgiz" (M.Seyidzadə) və s.
60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun qurur. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. "Üç nağıl" (Abdulla Şaiq), "Göyçək fatma" (M. Dilbazi), "Artıq tamah baş yarar" (Ə. Səmədov), "Keçinin qisası" (Ə. Abbasov), "Əkiz qardaşlar" (H.Ziya), "Bu kimin evidir?" (R.Heydər), "Meşə nağıl" (T. Mütəllibov), "Balaca qızcığaz Tino" (L.Babinskaya), "Gözəl Vasilisa" (Y. Z. Çernyak), "Qaravəlli" (Anar), "Üç gombul" (Y. Oleşa), "Pəri cadu" (Ə. Haqverdiyev), "Qarınqulu Zürafə" (Y. Torbai), "Qar qız" (A. A. Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB