Turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın turizm üzrə dövlət katibi Adolfo Mesquita Nunes ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Portuqaliya arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və turizm üzrə yeni layihələrin birlikdə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Görüş zamanı həmçinin, artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanmış və bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Söhbət zamanı ölkəmiz ilə Portuqaliya arasında əlaqələrin bundan sonra da genişlənəcəyi barəsində əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə