Nazir İyad bin Amin Mədəni ilə görüşüb

Nazir İyad bin Amin Mədəni ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Görüşdə artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanmış və bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Söhbət zamanı ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə