Əbulfəs Qarayev:"Bu gün dünyada insan təhlükəsizliyinə hədə və təhlükələr artmaqdadır"

Əbulfəs Qarayev:"Bu gün dünyada insan təhlükəsizliyinə hədə və təhlükələr artmaqdadır"

"Bu gün mədəni müxtəlifliyin beynəlxalq gündəlikdə daha yüksək səviyyədə saxlanılması insan təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr" panelində çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir qeyd edib ki, Forumun qarşısında duran ən yüksək missiya mədəniyyətin paylaşılması və bölüşülməsinin qlobal təhlükəsizliyin rolunu araşdırmaqdır: "Bu mənada yüksək gücün aparıcı qüvvəsi kimi mədəniyyətə daha geniş baxmalıyıq. Bu gün hadisələr o qədər yüksək sürətlə inkişaf edir, məzmun və xarakterini o qədər dəyişir ki, onları proqnozlaşdırmaq və qiymətləndirmək elə də asan olmur. Ancaq bütün baş verənlərin ana xətti ondan ibarətdir ki, milli, mədəni, ideoloji və dini ziddiyyətlər gündən günə artır. Bunun nəticəsi olaraq yaranan münaqişələr dəhşətli faciələrə gətirib çıxarır. Əsas problem odur ki, bu günkü dünyada insanın milli, dini, irqi kimliyinin digərləri tərəfindən qəbul edilməməsindən insan təhlükəsizliyinə hədə və təhlükələr artmaqdadır. Bu mənada hər yerdə dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin geniş yayılması olduqca vacibdir. Hər ölkə bu məsuliyyəti, missiyanı öz üzərinə götürməli və bunu daşımaq haqqına sahib olmalıdır. Ətrafımızda baş verən hadisələrin fonunda sizin dəstəyinizlə həyata keçirilən Bakı prosesi, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələr qlobal xoşməramlı çağırışdır. Bu, həm də dünyada milli, irqi, dini və məzhəblər arasında ziddiyyətlərin artdığı, ekstremizm düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural və intellektual resurslarını, tarixən malik olduğumuz birgə yaşama ənənələrini beynəlxalq səviyyədə model kimi öyrənilməsi üçün yaxşı imkandır".

Bütün xəbərlər Facebook səhifəmizdə