Mayın 16-da Daşkəsən və Samuxu gəzən məşəlin növbəti ünvanı Qazax və Ağstafa rayonlarıdır. SİA-nın verdiyi məlumata görə, 93 minlik əhalisi olan şairlər diyarında 14:00-da məşəl estafeti olacaq. 15:00-da isə mərkəzi meydanda qarşılama mərasimi baş tutacaq. Ölkənin "Qərb Darvazası" adlanan məkanda 15:30-da isə tədbirin yekunlaşdırılması nəzərdə tutulub.
Qazaxdan sonra növbəti məşəl Ağstafaya aparılacaq. Böyük və Kiçik Qafqaz dağları arasında yerləşən ərazidə 17:00-da məşəl estafeti, 18:00-da Heydər Əliyev parkında qarşılama mərasimi olacaq. 18:30-da isə tədbirə yekun vurulacaq.
Bakı ilə məsafəsi: 470 km
Ərazisi: 699 km2
Əhalisi: 82500 nəfər
Nəqliyyat vasitəsi: Bakı – Qazax avtobusu; Bakı – Qazax qatarı
Qazax rayonu Azərbaycanın qərbində yerləşir. Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları bu rayonun ərazisindən axır. Dağın ətəyindən başlanan düzənlik alp çəmənlikləri ilə örtülüb. Bura Altuntaxt yaylağıdır. Yaylağın arxa tərəfində mavi rəngli İncə dərəsi yerləşir. Dərənin o tayında Qaraqoyunlu dağı ucalır. Çaylar boyunca tuğay meşələri uzanır.
Qazax rayonunda qədim memarlıq abidələri çoxdur: Yuxarı Əskipara kəndindəki məbəd (V-VIII əsrlər), Şəkərqala məbədi (XV əsr), Qıraq Kəsəmənli kəndindəki dairəvi qüllə (XVIII əsr), Qazax şəhərindəki məscid, Poylu kəndində XIX əsr məqbərələr qrupu, Qatır körpüsü, Qızılhacılı körpüsü, Kazım körpüsü (hamısı XV əsrə aiddir), Xramçay üzərindən salınmış Qırmızı körpü və ya Sınıq körpü (XII əsr).
Rayon ərazisində diqqəti cəlb edən maraqlı yerlər arasında Daş Salahlı kəndinin yaxınlığında Avey dağında yerləşən mağaraları xüsusilə qeyd etmək olar. Arxeoloqlar burada qədim insan məskənləri, əmək alətləri və silahlar aşkar ediblər.
Rayonun inzibati mərkəzi – Qazax şəhəri Respublikanın qərbində yerləşən iri şəhərlərdəndir. Qazax Azərbaycanın bir sıra istedadlı şair, alim, aşıqlarının vətənidir. Şairlərdən Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və başqaları bu diyarda doğulub.
Qazax həm də xalçaçılıq mərkəzlərindən biridir. Rayonun bir çox sakinləri hələ də bu ənənəvi xalq sənətini davam etdirir.
Qazax aşıqları bütün Azərbaycanda məşhurdur. Şəhərdə istirahət mərkəzi və mehmanxana var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB