Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki sərgilər və muzey mayın 18-də "açıq qapı" günü elan edir. Mərkəzdən SİA-ya verilən məlumata görə, ziyarətçilər saat 14.30-dan 19.00-dək Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgilərdə nümayiş olunan əsərlərə tamaşa edə biləcəklər.
Hazırda Heydər Əliyev Mərkəzində belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi, eləcə də "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman", "Graking art", "Ceyranlar" sərgiləri, o cümlədən böyük britaniyalı heykəltəraş Aniş Kapurun "Parobolik bükülmə", yaponiyalı rəssam Yayoi Kusamanın "Sabahın çiçəkləyən gülləri" və Toni Kreqqin "Nəzər nöqtələri" əsərləri nümayiş olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB