Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu gün Bakıda "Sülh ağacı"nın açılış mərasimi olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.
Birinci xanım Mehriban Əliyeva "Sülh ağacı"nın rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, YUNESCO-nun baş direktoru xanım İrina Bokova və "Sülh ağacı"nın müəllifi,Y UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış etdilər.
Qeyd edək ki, sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB