İrina Bokova Xalça Muzeyində oldu FOTOLAR

İrina Bokova Xalça Muzeyində oldu FOTOLAR
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan YUNESKO –nun Baş direktoru xanım İrina Bokova bu gün Azərbaycan Xalça Muzeyini ziyarət edib. SİA-nın verdiyi məlumata görə, xalqımızın qədim xalçaçılıq sənəti, onun maddi-mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olan xanım Bokovada muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya, zallarının quruluşu xoş təəssürat oyatdı. Muzeydə sərgilənən Azərbaycan kələğayıları da qonağın xüsusi marağına səbəb oldu.

Qeyd edək ki, 2010-cu ildə "Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalça sənəti" Bəşəriyyətin qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına, 2014 –cü ildə isə "Azərbaycan kələğayı sənəti" YUNESKO –nun qeyri-maddi mədəni İrsi üzrə Reprezentztiv Siyahısına daxil edilib.

Bununla da artıq bütün dünya Azərbaycanı xalçaçılıq sənətinin, kələğayı sənətinin beşiyi kimi tanıyır.

Qeyd edək ki, sonda Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən qonağa qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası və Muzeyin Sertifikatı hədiyyə edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня