"Gəncləşən Muğam " adlı gənc muğam ifaçılarının konserti olacaq. SİA-nın verdiyi məlumata görə, konsert şöhrət ordenli, xalq artisti, professor Mənsum İbrahimov və Respublikanın əməkdar artistləri Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsidir.
Konsertdə əməkdar artist Təyyar Bayramov, Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Vüsalə Rəcova, Hüseyn Məlikov, Xətai Hacıyev, Günay İmamverdiyeva, Orxan Hüseynli, Vüqar Musayev, Qızılgül Babayeva, Məhəbbət Səfərov, Səfər İdrisov, Türkay Məlikova, Misir Məmmədov,Əli Hacıyev, Mətin Əbilov, Əmrah Məmiyev iştirak edəcəklər. Tarda və kamançada Rövşən Qurbanov, Ceyhun Muradov, Altay Niftalıyev, Araz Ağaverdiyev, Rəşad İbrahimov, Təbriz Yusubov, Nahid Məmmədov, Elvin Novruzov, Ədalət Behbudov, Pərviz Fərhadov,
Rüstəm Müslümov, Elvin Novruzov, Bəhruz Zeynalov, Şəhriyar Musayev müşayiət edirlər:
Bas tarda Tofiq Məmmədov, bas kamançada Toğrul Orucov, udda Bəhruz Zeynalov, nağarada Ramin Abdullayev, kanonda Aytac Vəzirova, balabanda Pərviz Əlikramoğlu ifa edirlər.
Qeyd edək ki, konsert 18 iyun, saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 10- 30 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB