Milli İncəsənət Muzeyində “açıq qapı” günü

Milli İncəsənət Muzeyində “açıq qapı” günü

Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının konfransında təsis olunmuş bu əlamətdar tarix 1978-ci ildən etibarən hər il 150-dək ölkədə qeyd edilir. Muzeylərdə "açıq qapı" günü elan olunaraq, bir çox maraqlı tədbirlər keçirilir.

Azərbaycan Milli İncəsənət Muzeyi də bu ənənəyə sadiq qalaraq "açıq qapı" günü aksiyasına başlayıb.

Muzeydən bildiriblər ki, mayın 18-dək davam edəcək "açıq qapı" günü aksiyası çərçivəsində hər kəs muzeyin sərgi və ekspozisiyası ilə tanış ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə