BTİM Avropa Oyunlarına hazırlaşır FOTOLAR

BTİM Avropa Oyunlarına hazırlaşır FOTOLAR

Azərbaycanda iyun ayının 12-dən 28-nə keçiriləcək İlk Avropa Oyunları ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi bir sıra tədbirlər həyata keçirib. SİA-nın verdiyi məlumata görə, mərkəzin girişində I Avropa Oyunlarının stendləri və bannerləri quraşdırılıb. Bakı və Azərbaycanın potensialını təbliğ edən bir neçə yeni reklam çap məhsulları hazırlanıb və bunlar Avropa Oyunlarına gələn idmançılara və turistlərə təqdim olunacaq. Həmçinin mərkəzdə suvenir köşk quraşdırılıb. Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssisləri gələn əcnəbi turistlərə və qonaqlara daha yüksək xidmət göstərmək üçün, 3 aylıq ingilis dili kursları keçiblər.

Qeyd edək ki, Bakı Turizm İnformasiya Mərkəzi I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir və iş qrafiki şənbə və bazar günləri daxil olmaqla 21:00-a kimi uzadılıb. Mərkəzin (+994 12 498 12 44) telefon nömrəsi qaynar xətt təyin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə