“Azərbaycan mədəniyyətini tanıyaq” Tbilisidə

“Azərbaycan mədəniyyətini tanıyaq” Tbilisidə

Tbilisinin mərkəzində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində "Azərbaycan mədəniyyətini tanıyaq" adlı sərgi açılıb. Sərginin açılışında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Dünya Muzeylər Birliyinin, Tbilisidəki muzeylərin nümayəndələri, Azərbaycanın, ABŞ-ın və digər ölkələrin səfirliklərinin əməkdaşları iştirak ediblər.

Mayın 20-dək davam edəcək sərgidə Azərbaycan mədəniyyəti və incəsənətinə aid rəsm əsərləri, xalçaçılıq, misgərlik nümunələri, musiqi alətləri, yazılı məcmuələr nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə