Ölkəmiz Turin beynəlxalq kitab sərgisində təmsil olunur FOTOLAR

Ölkəmiz Turin beynəlxalq kitab sərgisində təmsil olunur FOTOLAR

Bu gün İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisi işə başlayıb. SİA-nın verdiyi məlumata görə, sərgidə Azərbaycan "Xüsusi qonaq ölkə" statusunda təmsil olunur. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Sərginin açılış mərasiminə İtaliya Respublikasının Prezidenti Serco Mattarella, Piemonte əyalətinin rəhbəri S.Çhiamparino, Turin şəhərinin meri P.Fassino və digər yüksək vəzifəli rəsmilər qatılıblar. Mərasimdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və ölkəmizin nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Ekspozisiya zalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 50 kvadratmetr sahədə ölkəmizin stendi qurulub. Qız qalası, İçərişəhərin qala divarları dizaynı ilə hazırlanan Azərbaycan stendi orijinal tərtibatı ilə diqqət çəkir. Burada 300-dən çox adda nəfis tərtibatlı kitablar, eləcə də "Bakı-2015" I Avropa Oyunları, ölkəmizin turizm potensialı ilə bağlı çap məhsulları nümayiş olunur. Sərginin ilk günündə ölkəmizin stendinə böyük maraq hiss olunur.

Qeyd edək ki, Turin beynəlxalq kitab sərgisi mayın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə