Birinci Avropa Oyunlarının Alovu ötən gün Kür sahillərinin daha iki şəhərində qarşılanıb. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Yevlaxa səyahət edən məşəl, günə Bərdə rayonunda Alov Festivalı ilə yekun vurub. Məşəl estafeti bu gün Goranboy və Naftalan şəhərlərində davam etdirilir.
Naftalan Azərbaycanın qərb bölgəsində Goranboy rayonu yaxınlığında turistik əhəmiyyətli şəhərdir. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün yazdığı "Xəmsə" əsərində yazmışdı. O, indiki Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi.
XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı. 1783-cü ilə kimi burada Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 1890-cı ildə alman mühəndisi və iş adamı E.İ.Yeger Naftalanda sənaye üsulu ilə qazma qurğusu vasitəsilə 250 metr dərinliyə qədər quyu qazaraq orada neft çıxarmağa başladı. Lakin çıxan neftin keyfiyyəti onu heyrətə gətirdi. Buradan çıxan neftin tərkibində heç bir benzin fraksiyalı yox idi və o yanmırdı. İflasa uğramaq ərəfəsində olan alman mühəndis çoxlu adamın diən iş adamı buradakı adamlardan dərmanların hazırlanması təcrübəsini öyrənərək bunun əsasında Naftalanda dərman mazı istehsal edən fabrik tikir. Onun istehsal etdiyi dərmanlar tezliklə bir çox yerlərdə tanınmağa başlayır.
Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək kurort mövsümi işləyib və 1957-ci ildən il boyu fəaliyyət göstərməyə başlayıb. Çarpayı sayı ildən ilə artan kurortda 1982-ci ildə Naftalan sanatoriya-kurort birliyi yaradılıb. 6 sanatoriya, kurort poliklinikasından ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş sovetlər ittifaqının respublikalarından 50-70 min xəstə qəbul edirdi. Kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müvəffəqiyyətlə müalicə olunurdu. 1992-ci ildən 2005-cı ilədək yalnız "Çinar" sanatoriyası mövsümi olaraq xəstə qəbulu ilə məşqul olurdu. 2005-ci ilin may ayında Naftalan kurortunda ilk özəl sanatoriya – Naftalan – açıldı. Mərkəz 100 nəfərlik yataq korpusundan müalicəxana və yeməkxanadan ibarətdir. Mərkəzə müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçirlər və xəstəliklərinə müvafiq olaraq naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. Mərkəzdə xəstələrin istirahəti, qidalanması və uğurlu müalicəsi üçün lazım olan hər bir şərait mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB