Dior “Yeni kolleksiyasını” təqdim etdi FOTOLAR

Dior “Yeni kolleksiyasını” təqdim etdi FOTOLAR

Nizami Kino Mərkəzində rejissor və ssenari müəllifi Friderik Çenqin çəkdiyi "Dior və Mən" sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, geyim kolleksiyalarının hazırlanmasına adətən dörd aydan səkkiz aya qədər vaxt tələb olunduğu halda, "Dior Moda Evi"nin kreativ direktor postuna yeni təyin olunan Belçika əsilli Raf Simonsa təzə kolleksiyanın hazırlamasına cəmi səkkiz həftə vaxt ayrılır.

"Dior və Mən" sənədli filmi, "Dior Moda Evi"nin pərdəarxası məqamlarından, kiçik vaxt kəsimi ərzində Raf Simonsa yeni ideyalarını realizə etməkdə yardım edən insanlardan bəhs edir.

Filmdə, "Dior Moda Evi" nin əməkdaşları Raf Simons, Marion Kotiyyar, Anna Vintur, Sidni Toledano, Piter Malye, Cenifer Lourens və Şeron Stoun çəkiliblər.

Təqdimat "L'OFFICIEL"- Azərbaycan jurnalının və Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə