Bu gün Fransada 68-ci Kann Beynəlxalq Kinofestivalı öz işinə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, festival fransalı rejissor Emmaniel Berkonun "Başını dik tutaraq" filmi ilə açılacaq.
Bu il festivalın münsiflər heyətinə amerikalı rejissorlar Coel və İtan Koen qardaşları rəhbərlik edəcək. Jürinin üzvləri sırasına aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir.
Qeyd edək ki, müsabiqə proqramına 19 film daxildir. Kann Beynəlxalq Kinofestivalı mayın 24-də yekunlaşacaq və həmin gün festivalın nəticələri elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB