Xalça Muzeyi İlk Avropa Oyunları ilə əlaqədar sərgi keçirəcək AÇIQLAMA
"Azərbaycan Xalça Muzeyində "Baku-2015" İlk Avropa Oyunları ilə əlaqədar olaraq iyun ayının 1-dən 30-a qədər sərgi keçiriləcək". Bunu SİA-ya açıqlamasında Muzeyin Kütləvi iş şöbəsinin bələdçisi Səbinə Əzizova məlumat verib.
Bildirib ki, muzeydə baş tutacaq sərgidə xalça, xalça məmulatı və bədii metal əşyaların nümayişi nəzərdə tutulub: "Bu sərgi üçün xüsusi bələdçilər var ki, onlar gələn qonaqlara rus, ingilis və Azərbaycan dilində xidmət göstərəcək. Onu da deyim ki, Xalça Muzeyi fəaliyyət göstərdiyi gündən səhər saat 10:00-dan 20:00-a qədər turistlərə və paytaxt sakinlərinə xidmət edir. Lakin I Avropa Oyunları ilə əlaqədar olaraq muzeyimiz gecə saat 00:00-a dək, hətta ehtiyac olarsa 01:00 radələrinə qədər açıq olacaq. Xüsusilə diqqətinizə çatdırım ki, Xalça Muzeyinin özündə də bələdçilərlə yanaşı, muzey haqqında kitabçalar da turistlərə təqdim ediləcək".
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyi 1967-ci ildən Bakı şəhərində fəaliyyət göstərir. İlk dəfə Muzey İçərişəhərdə "Cümə məscidi"nin binasında yerləşirdi və onun ilk ekspozisiyası 1972-ci ildə açılıb. 1991-ci ildə Xalça Muzeyi Muzey Mərkəzinə köçürülüb. Muzeyin yeni binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə inşa edilib, bu işdə Heydər Əliyev Fondunun və YUNESKO-nun dəstəyi və köməkliyi olub.
Muzeyin əsas funksional təyinatları: daimi ekspozisiya və müxtəlif sərgilərinin təşkili, elmi-tədqiqat işlərin aparılması, interaktiv proqramların işlənib hazırlanması, xalça sənətinin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, tərəfdaşlıq layihələrin hazırlanması və icrası və s.
Hazırda Muzeyin fondunda 15.000-ə qədər eksponat mövcuddur. Onlar aşağıdakı kolleksiyalar üzrə bölünür:
Xalça və xalça məmulatları Metal Parça, geyim və tikmə Saxsı, şüşə, ağac və kağız Zərgərlik.
"Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013 nömrəli, 6 mart 2007-ci il tarixli Sərəncamı ilə layihə həyata keçirilib.
Xalça Muzeyinin memar-müəllifi Franz Janzdır. Yeni binanın müəyyən ölçü göstəriciləri - özül dərinliyi – 5,6 m - hündürlüyü – 19,3 m - uzunluğu – 121,25 m – enidir.
Binanın 4 giriş yeri vardır: tamburdan (dəhliz) əsas giriş, kafeyə ayrıca giriş və texniki ehtiyaclar üçün 2 giriş.
Binada 6 eskalator və 3 lift mövcuddur, bunlardan biri yükdaşıyandır. Muzey binasının mərtəbələrində əsas funksional otaq və sahələr aşağıdakılardır:
-1 Mərtəbə muzeyin Fond şöbəsinin əməkdaşları üçün ofislər, avtomatlaşdırılmış fond saxlancı, bərpa və konservasiya üzrə emalatxanalar, zərgərlik əşyaları üçün seyf otağı, bufet, texniki avadanlıq zonası.
Mərtəbə 0 – foye, suvenir mağazası, müvəqqəti sərgi zalı, muzeyin inzibati ofisləri, ziyarətçilərlə iş otağı, xalçaların xüsusi emal otaqları, arxiv, elmi kitabxanası, təsərrüfat anbarı, bufet.
I Mərtəbə sərgi sahəsi, kitabxana, konfrans zalı, kafe, terras, VİP sahəsi, bufet.
II Mərtəbə sərgi sahəsi, konfrans zalı, bufet.
III Mərtəbə sərgi sahəsi, uşaqlar üçün interaktiv sahə, video və audio prezentasiyaları üçün auditorium, istirahət zonası, bufet .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB