Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək FOTO

Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivalda müxtəlif ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcəklər. Festival çərçivəsində, mayın 23, 24-də Heydər Əliyev Sarayında Rikkardo Mutinin dirijorluğu ilə Luici Kerubini Orkestrinin geniş konsert proqramı olacaq.

Qeyd edək ki, saat 19:00-da başlayacaq konsertlərin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə