Qələbənin 70 illiyi Berlində qeyd olunub FOTOLAR

Qələbənin 70 illiyi Berlində qeyd olunub FOTOLAR

Faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə Almaniya Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, müharibədə həlak olanların xatirəsinin anıldığı tədbirdə keçmiş sovet respublikalarının səfirləri və diplomatları ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Tədbirdə İkinci Dünya müharibəsinin dəhşətləri bir daha xatırlanaraq keçmiş Sovet İttifaqının faşizm üzərindəki Qələbədə oynadığı mühüm roldan danışılıb.

Almaniya Azərbaycan Evinin sədri Tofiq Qarayevin məlumatına görə, tədbirlərdə Almaniyanın müxtəlif şəhərlərində yaşayan veteranlar Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist İlyas Hüseynov, Əvəz Mirzəyev və Alleksey Kolqanovun da iştirakı təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə