Xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, "Dünya çiçək, insan oğlu arıdı" adlanan kitabda şairin son iki ildə yazdığı və indiydək çap olunmuş şeirləri ilə yanaşı "Dahiləri belə gördüm", "Daş və tarix", "Aşıq Veysəl dünyası", "Turan sevgisi", "Şuşa şikəstəsi" və "Ün" poemaları yer alıb.
"Şərq-qərb" nəşriyyatında çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur.
Qeyd edək ki, bu, Z. Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin "Qürbət düşüncələri" və "Mənə ümid kimi bax" kitabları, eyni zamanda Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi "Sözün Zəlimxan zirvəsi" adlı kitabı oxucuların ixtiyarına verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB