Naxçıvanda Qələbənin 70 illik yubileyi münasibəti ilə bədii filmlər nümayiş etdirilir
Azərbaycanın Qələbədə payı...

Naxçıvan Muxtar Respublikasında 1941-1945-ci illər müharibəsində qazanılan qələbənin 70 illik yubileyi münasibətilə bədii filmlərin nümayişi davam etdirilir. Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində tələbə və şagirdlərin üçün "Uzaq sahillərdə" filmi nümayiş olunub.

Filmi 450-yə yaxın tamaşaçı izləyib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc¬lər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, dünyagörüşlərinin artırılmasıdır.azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə