“Səndən Bana Kalan”

Bir sıra möhtəşəm qala-qecələri ilə il ərzində paytaxta səs salan Nizami Kino Mərkəzi mayın 14-də mövsüm sonu daha bir türk "Səndən Bana Kalan" filmini təqdim edəcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, Türkiyənin ANS Produksiyon studiyasında, romantik dram janrında özəl imzası olan rejissor Abdullah Oğuzun lentə aldığı bu filmi hər kəs sevə-sevə seyr edəcək.

Türkiyədə baş tutan qala –gecədə, sənət adamları "Səndən Bana Kalan" filmini mövsümün, ən baxımlı film olduğunu bildiriblər.

Romantik və acılı eşq dramı, uşaqlıqdan valideynlərini itirən və babasının mirası hesabına əziyyət çəkmədən, hətta bir azda ərköyün böyüyən Özgürdən başlayır. Həyatını qayğısız davam etdirməyi planlaşdıran Özgür, 18 yaşına çatdıqda mirası almaq üçün o qədər də asan olmayan şərtlərə qatlanmaq məcburiyyətində qalır. O, İstanbulu tərk edib Çanakkalanın Adatəpə kəndində bir il yaşamalıdır. Bu şərti yerinə yetirməsə mirasın ancaq kiçik hissəsinə sahib olacağını öyrənən Özgür, mirası tam şəkildə haqq etdiyini düşünür və Adatəpəyə yollanır. Orada maraqlı hadisələrlə qarşılaşan Özgürün ən böyük sürprizi bir anda həyatına girən Eliflə tanış olması olur.

Filmdəki baş rolları, yetərincə məşhurlaşan gənc aktrisa Neslihan Atagül və gənc aktyor Ekin Koç ifa ediblər. Filmdə, həmçinin Gamze Pelin Gökçe, Zeynep Kankonde, Sabri Özmener, Wilma Elles, Doğa Konakoğlu və digərləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə