1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar Bakı şəhərində müharibə veteranlarının, arxa cəbhə zəhmətkeşləri nümayəndələrinin iştirakı ilə təntənəli yığıncaq keçiriləcək. SİA-nın verdiyi məlumata görə, 9 may tarixində saat 16:30-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar Bakı şəhərində müharibə veteranlarının, arxa cəbhə zəhmətkeşləri nümayəndələrinin iştirakı ilə təntənəli yığıncaq keçiriləcəkdir. Bir qrup müharibə veteranının mükafatlandırılacağı tədbirdə dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və fəxri qonaqlar iştirak edəcəklər.
Qeyd edək ki, mərasimin bədii hissəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında konsert proqramı təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB