Sabah Şuşanın işğalının 23-cü ildönümüdür. Hər il olduğu kimi bu il də Akademik Milli Dram Teatrında Şuşanın işğal günü anılacaq. 8 may, saat 12.00 tarixində Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə Şuşanın işğalı gününə həsr olunmuş tədbir keçirəcək.
Tədbirdə görkəmli incəsənət xadimləri Şuşanın işğalı ilə bağlı çıxışlar edəcək. Daha sonra Akademik Milli Dram Teatrının Azərbaycan xalqının ən ağrılı dərdi olan Qarabağ probleminə həsr olunmuş "Xəcalət" tamaşası nümayiş olunacaq.
2006-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanan "Xəcalət" tamaşasının janrı iki hissəli müasir dram kimi təyin olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB