Xalq artisti: “Bu mükafat bir sənətkar kimi məsuliyyətimi daha da artırdı”
Ötən gün Prezident İlham Əliyev bir qrup incəsənət xadimləri haqda sərəncam imzalayıb. İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq artisti, Gəncə Dövlət Dram teatrının aparıcı səhnə ustası Pərvanə Qurbanovanı Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə mükafatlandırıb. SİA Pərvanə Qurbanovanın təəssüratlarını öyrənib.
Xalq artisti bildirib ki, Cənab Prezidentin imzalamış olduğu məlum sərəncam bir sənətkar olaraq onun məsuliyyətini daha da artırıb: "Bu gün ölkə başçısının mədəniyyət xadimlərinə göstərmiş olduğu diqqət və qayğını hər an hiss edirik. Çox sevinirəm ki, bu diqqət və qayğı mənə də şamil edilib. Bu, tək mənim yaradıcılığıma deyil, ümumilikdə Gəncənin mədəni həyatına və sənətkarlarına göstərilən qayğının təzahürüdür. Minnətdaram...".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüddür. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilib. Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilib.
Anar Bürcəliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB