“Sən elə bir zirvəsən” FOTOLAR

“Sən elə bir zirvəsən” FOTOLAR

Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi və Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Sən elə bir zirvəsən" adlı VIII Ümumrespublika Kitab bayramı keçirilib. Kitab bayramı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuşdur. Park ulu öndərimiz Heydər Əliyevin, dünya alim və filosoflarının elm, bilik və kitab haqqında dedikləri müdrik kəlamlar yazılmış plakatlar, gül-çiçək, şarlarla bəzədilib. Tədbirdə rayon İcra Hakimiyyətindən, Təhsil şöbəsindən, Uşaq musiqi məktəbindən, digər idarə və təşkilatlardan nümayəndələr və məktəblilər iştirak edirdi. Mərkəzi kitabxana "Tarixi yaradan dahi şəxsiyyət", "Yerli yazarlarımız", "Yaddan çıxmaz Qarabağ", "Yeni kitablar", "Bakı-2015 I Avropa oyunları", "2015-ci il "Kənd Təsərrüfatı ili"dir", "Kitabxanamızın ən çox oxunan kitabları", "Danışan kitablar", "I Avropa Oyunları uşaqların gözü ilə", "Milli-mənəvi dəyərlərimiz", "Hər gün təzə kitabla sevindirin uşağı, Kitab tutan əllərin sönməz olur çırağı" və s. müxtəlif başlıqlar altında təşkil olunmuş kitab sərgilərində 3000-ə yaxın müxtəlif elm sahələrini əhatə edən ədəbiyyat iştirakçılara təqdim olunub. "Bacarıqlı əllər" başlığı altında hazırlanmış sərgidə rayon sakinləri tərəfindən hazırlanmış sənət əsərləri iştirakçıların böyük marağına səbəb olub. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin "Nərgiz" xalq kollektivinin musiqi nömrələri və "Bahar" rəqs qrupunun şən rəqsləri ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə